Aeannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ərbəin Mərkəzi Katibi Məcid Ağababai indiyə qədər Ərbəin yürüyüşündə iştirak etmək istəyənlər üçün 2 milyon viza verildiyini açıqlayıb.Ağababai İraq rəhbərliyi və bu ölkənin İrandakı nümayəndəliklərinin yaxın əməkdaşlığı sayəsində viza məsələsində heç bir çətinlik baş vermədiyini qeyd edib.
Ağababai həmçinin İraqda böyük Ərbəin yürüyüşündə iştirak etmək istəyən zəvvarların viza almaq prosedurunu son ana saxlamamalarını istədi.
Ərbəin yürüyüşü hər il İmam Hüseynin (ə) Kərbəlada şəhadətinin qırxıncı gününün ildönümü münasibətilə Nəcəfdən Kərbəlaya piyada yürüyüş formasında təşkil edilir.