Tehranın Cümə Xətibi Ayətullah Kirmani Avropanın Amerikanı İran xalqına qarşı müşayiət etməsi Avropanın xəyanətinin işarəsi olduğunu bildirib.
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranda bu həftə Cümə namazını qıldıran Ayətullah Müvəhhidi Kirmani səlahiyyətıilərə avropalı rəsmilərin hərəkətləri barədə xəbərdarlıq edib.
Ayətullah Kirmani Amerikanı canilərin başı olaraq bildiklərini, lakin Avropanın da bu dövləti müşayiət etməsindən qafil olmamaq lazım olduğunu vurğulayıb.
Avropanın ABŞ-ı müşayiət etməsi İran xalqına xəyanətinin işarəsi olduğunu bildirən imam-cümə səlahiyyətıilərə İran xalqının proqramları ABŞ proqramları ilə üst-üstə düşən Avropanı da İslam inqilabının düşməni bildiklərini unutmaması lazım olduğunu, necə ki, bəzi xain avropalıların sahibkar qiyafəsində İrana gələn xainlər ola biləcəklərini qeyd edib.