Livanın Baş naziri Səd Həriri bu gün gözlənilmədən Səudiyyə Ərəbistanında televiziya vasitəsilə istefasını elan edib.
Arannews-slamazeri.com "Reuters"-a istinadla xəbər verir ki, o, Livandakı siyasi vəziyyətin atası Rafiq Həririnin sui-qəsdə məruz qaldığı dövrdəki vəziyyətlə oxşar olduğunu iddia edib. S.Həriri həyatına qarşı təhlükənin olduğunu əsas gətirərək televiziya çıxışında istefasını elan edib. O, həmçinin regionda İŞİD-ə qarşı aktiv mübarizəni dəstəkləyən İran İslam Respublikasının və İsrail işğalına qarşı mübarizə aparan Livanın "Hizbullah" müqavimət hərəkatının əleyhinə tənqidi fikirlər səsləndirib.