İraqın baş naziri dünən gecə bir bəyanat yayaraq Əl-Ənbar vilayətinin qərbində Əl-Qaim bölgəsinin azad edilməsi münasibəti ilə İraq xalqını təbrik edib.
Arannews-İRNA-nın verdiyi məlumata görə, Heydər Əl-İbadi bu bəyanatda Əl-Qaim rayonunun azad edilməsi münasibəti ilə xalqı təbrik edərək bildirib ki, bu bölgənin qısa müddətdə İraq qüvvələri tərəfindən azad edilməsi bu ölkə qüvvələrinin terrorçu qruplar və İraq xalqının düşmənləri qarşısında mübarizə gücünün artmasını göstərir.
İraqlı qüvvələrin müştərək qərargahının komandanı Əbdül-Əmir Rəşid dünən bir bəyanat yayaraq bildirmişdi ki, terrorçu İŞİD qrupunun İraqın qərbindəki ən əsas bazası olan Əl-Qaim bölgəsi terrorçuların işğalından azad edilib.
Əl-Ənbar vilayətinin qərb hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatına 26 oktyabrda start verildi. Əl-Qaimin azad edilməsi ilə İraqın bütün əhəmiyyətli bölgələri terrorçulardan təmizlənmiş oldu və sadəcə Əl-Qaimin şimal ərazilərinin bir hissəsi terrrorçuların nəzarətindədir və gözlənildiyinə görə yaxın günlərdə bu ərazi də iraqlı qüvvələrin nəzarətinə keçəcək.