Tarix : 2017 Nov 05
Kod 53298

Dövlətə xəyanətdə şübhəli bilinən şəxs tutulub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılıb.
Arannews-İslamınSəsi məlumat verir DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib ki, M. Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp

  • Yazılıb
  • da (də) 2017 Nov 05
  • Göndərən مدير سايت Aran News