Tarix : 2017 Nov 06
Kod 53299

Azərbaycanda islamçılar hərəkatı, dövlət və xalq paradoksu

Azərbaycanda bu il keçirilən Aşura mərasimlərinin işıqlandırılmasına bərk qadağa qoyulsa da bu mərasimlərin mediaya sızan az bir hissəsi belə Azərbaycanda xalqın, xüsusilə də gənclərin iştirakı ilə şiəliyin güclənməsini göstərir. Amma bu, builki Aşuranın bütün görünən hissəsi deyildi.

AranNews – Azərbaycan Respublikasında şiəliyin güclənməsi dalğası neçə ildir ki, qüdrətlə öz hərəkətinə davam etməkdə və hər gün daha artıq təzahür olmaqdadır. İslami təzahürlər və xalqın şiəlik hərəkəti zaman keçdikcə günbəgün daha rəngli olur, azəri gənclər öz əsli kimliyini bərpa etməyə təlaş edir.
Bu söz üçün ən əsas və ən son sübut Azərbaycan xalqının builki Aşura mərasimlərində möhtəşəm iştirakıdır. Ali Məqamlı Rəhbər də İlham Əliyevlə görüşündə buna işarə edərək dedi: “Azərbaycanda bu faydalı fürsətin və şiələrin möhtəşəm əzadarlıq mərasimlərinin qədrini bilmək lazımdır. Çünki bu sizin xalqınızın və ölkənizin kimliyini gücləndirir”.
Belə bir sual yaranır ki, doğrudan da Azərbaycanın sekular dövləti ölkəsinin xalqının möhtəşəm əzadarlığını qədrini bilirmi?
Azərbaycanda bu il keçirilən Aşura mərasimlərinin işıqlandırılmasına bərk qadağa qoyulsa da bu mərasimlərin mediaya sızan az bir hissəsi belə Azərbaycanda xalqın, xüsusilə də gənclərin iştirakı ilə şiəliyin güclənməsini göstərir. Amma bu, builki Aşuranın bütün macarası deyildi. Azərbaycan dövləti builki Aşura mərasimlərini keçirmək üçün şərait yaratmışdımı? Dövlət cavanların iştiyaqını gördükdə gələn ilin mərasimlərinin təşkili üçün şərait yaradacaqmı?
Həqiqət budur ki, Azərbaycanda dini mərasimlərin keçirilməsində xalq və dövlət arasında heyrətamiz bir paradoks mövcuddur. Bir il öncə Azərbaycanın parlamenti məscidlər istisna olmaqla hər hansı bir yerdə dini bayraqların qaldırılmasını qadağan etdi. Xaricdə təhsil alımş tələblərin dini mərasimə rəhbərlik etməsinə qadağa da dövlətin din sahəsində digər qadağalarından idi.
Aşuraya bir neçə gün qalmış Lənkəran, Gəncə, Sumqayıt və Bakı şəhərlərində tanınmış dindarların həbsi də bu məhdudiyyətlər siyahısındadır. Amma Azərbaycanda builki Aşuranın möcüsəsi o qədər möhtəşəm idi ki, bir neçə həftə medianın ilk xəbəri olaraq qaldı. Bu ölkədə bir çoxları məsəldən öz anlayışları səviyyəsində Aşura barədə danışdılar. Müxtəlif və bəzən də fərqli fikirlər söylənildi. Şiələrin məzlumiyyətindən söz açdılar, azərbaycanlı gənclərin mənəvi paklığından yazdılar, Bakının bəzi küçələrində yolların bağlanmasından gileyləndilər, Qumdan daxil olmuş əzadarlıq üslubundan danışdılar, sonda azərbaycanlı uşaqları mövzuya daxil etdilər və dedilər ki, nə üçün uşaqlar bu mərasimlərə aparılır?
Azərbaycan Respublikasının medialarında yayılan məlumatlara görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların və yeniyetmələrin dini mərasimlərdə iştirakını yasaq edəcək yeni qanun layihəsini Milli Məclisə təqdim edəcəyini xəbər verdi və prezidentin  fərmanına istinad edərək iddia etdi ki, uşaqların ixtiyarında qoyulan informasiyaya nəzarət olunmalı və onun hər məclisə getməsinə icazə verilməməlidir.
Qeyd olunanlar azəri dindarlara qarşı yönələn media təzyiqlərinin yalnız bir hissəsidir. Aşura mərasimləri ilə bağlı mənfi nəzərlərin mediada əks etdirilməsi, həbslər və tanınmış şəxslərin təhdid olunması hələ də davam edir və bu yolla Aşuranın möhtəşəm şəkildə keçirilməsinin belə davam etməsinin qarşısını almağa təlaş edirlər.
Bu arada Fazil Mustafa kimi deputatlar da vardır ki, iki gün öncə dedi: Nadan dini partiyaların təşkilatçılığı Azərbaycan üçün böyük təhlükədir. Xüsusilə də İrana bağlı nadan radikal dini model.
Doğrusu, İlham Əliyevin söhbətlərində digər bir məsələyə də toxunmaq lazımdır və o məsələ budur ki, İlham Əliyev Ali Məqamlı Rəhbərlə görüşdə ölkəsində məscid tikilməsinə işarə etdi. Ali Məqamlı Rəhbər şiələrin hərəkətinə diqqət yetirməyin lüzumu barədə danışdığı halda İlham Əliyev də ölkəsində məscid tikintisini vurğuladı. Həqiqət budur ki, Azərbaycanın dövlət adamlarının bir çoxunun dini anlayışı bu qədərdir və dini məscidin hasarları çərçivəsində görürlər, dinin ölkənin ictimai atmosferində yayılmasına etiqadları yoxdur.
Ümid olunur ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə Azərbaycan Respublikası şiələri üçün əlverişli şərait yaransın və öz dini kimlilklərinə tərəf daha artıq hərəkət etsinlər.
  • Yazılıb
  • da (də) 2017 Nov 06
  • Göndərən مدير سايت Aran News