Azərbaycan Respublikasının Tehrandakı səfiri deyib: Tehran-Bakı əlaqələri bütün sahələrdə, xüsusən siyasi və iqtisadi sahələrdə inkişaf etməkdədir.
Arannews-Bünyad Hüseynov IRNA ilə müsahibədə noyabrın birində Tehranda keçirilmiş İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin sammitinə toxunaraq, əlavə edib: İran- Azərbaycan Respublikası əlaqələri dörd il bundan öncədən bəri inkişaf etməkdədir və iki ölkənin prezidentləri bu müddətdə on dəfə bir-birilərilə görüşüblər.
Azərbaycan Respublikasının Tehrandakı səfiri söyləyib: Azərbaycan Respublikasından İrana dəmiryolu xətti səkkiz ay ərzində istifadəyə verilərək, İran ərazisinə daxil olubdur. Onun davamı İranın şimalında yerləşən Astara şəhərində inşa edilməkdədir ki, bu məsələ əlaqələrin iki ölkənin maraqları istiqamətində bütün sahələrdə, xüsusən iqtisadi sahədə inkişaf etməsinin nişanəsidir.
O, həmçinin Azərbaycan Respublikası vətəndaşları üçün İran vizasının ləğv edilməsinə toxunaraq, deyib: Azərbaycan Respublikası prezidentinin göstərişinə əsasən, İran vətəndaşları üçün vizanın qiyməti azaldılıb və onun verilməsi üçün imkanlar nəzərdə tutulubdur.