Rəsmi Riyad Yəmənin "Ənsarullah" hərəkatının 40 yüksək rütbəli rəsmilərini özünün terrorçu siyahısına daxil edib.
Arannews-İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, siyahıda hərəkatın rəhbəri Əbdülməlik əl-Husinin, həmçinin hərəkatın siyasi şurasının sədri Saleh əs-Səmədin də adı yer alıb. Səudiyyə hökuməti, həmçinin siyahıda adı keçənlərin həbs edilməsinə yardımçı ola biləcək məlumat verməyə görə 30 milyon ABŞ dolları məbləğində mükafat da təyin edib.
Qeyd edək ki, Ərəbistan hökuməti bu addımı ötən həftə sonu Yəmən husilərinin Riyaddakı beynəlxalq hava limanını ballistik raketlə hədəfə almasından sonra atıb. Raket atışının ardınca Səudiyyə Ərəbistanı Yəmən ətrafında blokadasını gücləndirib, hərbi təcavüzə məruz qalan ölkənin bütün quru, su və hava sərhədləri bağlanıb.