Tarix : 2017 Nov 06
Kod 53311

Amerikalı sabiq konqresmen `Ərbəin` yürüşünə qatıldı - FOTO

FaktXəbər-in verdiyi məlumasta görə, ABŞ Konqresində Nümayəndələr Palatasının (19933-2003 və 2005-2007-ci illərdə) üzvü olmuş Sintiya Enn Makkinni milyonlarla müsəlmanın iştirak etdiyi "Ərbəin" yürüşünə qatılıb. Amerikalı siyasətçi müqəddəs yürüşdə iştirak etmək üçün İraqın Nəcəf şəhərinə gəlib.

Sintiya Makkinni Facebook səhifəsində yazıb ki, "Ərbəin" yürüşünə qatılmaqda məqsədi İraq xalqına dəstək nümayiş etdirmək və müsəlmanların üçüncü İmamı sayılan Həzrəti Hüseynlə (ə) yaxından tanış olmaqdır. 

Qeyd edək ki, S.Makkinni ABŞ-da 2008-ci ildə keçirilən prezident seçkilərində Yaşıllar Partiyasından namizəd olmuş və 0,12% səslə altıncı yerdə qərarlaşmışdı.

  • Yazılıb
  • da (də) 2017 Nov 06
  • Göndərən مدير سايت Aran News