Tarix : 2017 Nov 06
Kod 53312

Hüquqşünaslar Bakıda mitinq keçirəcəklər

Milli Məclisin oktyabrın 31-də bir sıra qanunlara əlavə və dəyişikliklərindən sonra məhkəmələrdə vətəndaşları müdafiə etmək hüququndan məhrum edilən hüquqşünaslar mitinq keçirəcəklər. Praktik Hüquqşünasların İşçi Qrupu belə bir qərar verib.
Arannewsİşçi Qrupun üzvlərinin “Azadliq.info”ya verdiyi məlumata görə, dəyişikliyə etiraz olaraq, bir sıra etiraz aksiyaları planlaşdırırlır. Öncə mitinq vasitəsilə etiraz səslərini hökumətə çatdırmaq, prezidenti dayişikliyi imzalamaqdan imtinaya çağırmaq qərarına gəliblər.
Qeyd edək ki, Milli Məclis Ali Məhkəmədən göndərilmiş dəyişiklik layihəsini olduğu kimi qəbul edib. Dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməz. Bu dəyişikliyə qədər də cinayət işlərinə, ancaq Vəkillər Kollegiyasının üzvləri çıxa bilirdilər. Müəyyən səbəblərdən Kollegiyadan kənarda qalan hüquqşünaslar isə mülki və inzibati işlərdə vətəndaşların hüquqlarını müdafiə edirdi. İndi onlar bu səlahiyyətdən məhrum edildi.
Hətta ölkənin taleyüklü məsələlərində susan deputatların bəziləri də bu qanunun qəbuluna etiraz ediblər. Onlar Vəkillər Kollegiyasının üzvlərinin sayının az, məhkəmələrdə baxılan işlərin isə çox olmasını, minlərlə hüquqşünasın işsiz, vətəndaşların isə müdafiəsiz qalmasını əsas gətirirlər.
Qeyd edək ki, hökumət bu dəyişikliklə vətəndaşlara hüquqi yardımın keyfiyyətini artırmaq məqsədi güddüyünü iddia edir. Lakin bu iddia inandırıcı görünmür. Çünki yeni dəyişiklikdən sonra peşəkar hüquqşünasa məhkəmədə vətəndaşın hüququnu müdafiə etmək səlahiyyəti verilmir, amma peşəsindən asılı olmayaraq, yaxın qohuma belə bir hüquq verilir. Hökumətin məntiqindən belə çıxır ki, traktorçu, mühasib və s. məhkəmədə daha yaxşı hüquqi yardım göstərə bilər, nəinki peşəkar hüquqşünas.
  • Yazılıb
  • da (də) 2017 Nov 06
  • Göndərən مدير سايت Aran News