Tarix : 2017 Nov 07
Kod 53316

İran: İmam Hüseyn (ə) zəvvarlarını raket və radiolokasiya sistemləri ilə qoruyacağıq

İranlı general Ərbəin zəvvarları barədə danışıb.
Arannews-İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İranın “Xatəmül Ənbiya” taktiki Hava-Hücumundan Müdafiə (HHM) bazasının komandanı içərlərində Ərbəin zəvvarlarını daşıyan avia-reyslərin izlənəcəyini bildirib.
Briqada-generalı Şamxal Cəfəri Ərbəin günlərində İran və İraq hava məkanlarına HHM və zenit sistemləri vasitəsilə tam nəzarət ediləcəyini qeyd edərək, əlavə edib: “İçərisində zəvvarları daşıan avia-reyslərin istənilən pilotlu və politsuz təyyarələrdən müdafiəsi üçün xüsusi tədbirlər görüləcək.”
Onun sözlərinə görə, Ərbəin günlərində İraqın Nəcəf və Kərbəla şəhərlərinə 55 reys yola düşür. Onlar, elektron mübarizə sahəsində əldə edilmiş ən son nailiyyətlərdən istifadə edilərək, İranın HHM və zenit-raket sistemləri tərəfindən qorunacaqlar.

  • Yazılıb
  • da (də) 2017 Nov 07
  • Göndərən مدير سايت Aran News