Arannews-İslamazeri.com Avropa mediasına istinadən xəbər verir ki, Macarıstanın "Jobbik Partiyası"nın sədr müavini Laszlo Toroczkainin bələdiyyə sədri olduğu, heç bir müsəlmanın yaşamadığı Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka və burkini geyinilməsinin qadağan edilməsi qərarı alınmışdı.
Macarıstan Baş Nazirinin müavini Zsolt Semjen bir forumda çıxışında, "Uşaqlarımın, nəvələrimin şəriətin kölgəsində yaşamasını istəmirəm. Bir yerdə müsəlmanlar toplu halda yaşadıqları zaman əvvəl-axır İslam hüququnu tətbiq edilməsini istəyəcəklər. Bu təkcə müsəlmanlara deyil, o bölgədə yaşayan hər kəsə aid olacaq. Biz Əziz Istvanın ölkəsinin xilafət olmasını istəmirik" deyə bəyanatlar vermişdi.
Son olaraq da Macarıstanda iqtidardakı "Fidesz" partiyasının Məclis Qrup başçısı Qerqeli Qulyasın "Macarıstanda məscid olmayacaq" açıqlamasını edib.
əxminən 30 min müsəlmanın yaşadığı Macarıstanda daim açıq olan bir məscid yoxdur.