Arannews-İslamazeri.com "Reuters"-ə istinadla xəbər verir ki, Krallığın gələcək lideri, şahzadə-vəliəhd Məhəmməd ibn Salman kral ailəsindən olan bir çox şahzadə, nazir, biznesmenləri həbs edilməsi barədə göstəriş verib.
Həbs edilən kral ailəsi üzvlərindən tanınmış biznesmen əl-Vəlid bin Təlal da var. O, həbs edilmiş 11 şahzadə, dörd nazir və onlarla kral ailəsinin üzvləri olan sabiq nazirlər arasındadır. Krallığın siyasi və biznes elitasına qarşı həbs əməliyyatı Milli Qvardiyanın rəhbəri şahzadə Mitəb ibn Abdullahdan da yan keçməyib. Onu vəzifədə şahzadə Xalid bin Əyyaf əvəz edib.
Qeyd edək ki, şahzadə Vəlid bin Təlal korrupsiya, rüşvət, çirkli pulların yuyulması, hakimiyyət mənsublarına qarşı zorakılıq maddələrilə ittiham edilib. O, "Kingdom Holding 4280.SE" şirkətinin rəhbəri olaraq "Citigroup" və "Twitter" şirkətlərində pay sahibidir.
Şahzadə Mitəb isə yeyinti, mövcud olmayan şəxsləri işlətmək, öz sahib olduğu şirkətlərə 10 milyard dollar mükafat ayırmaq və sair cinayətlərdə şübhəli bilinib.
Həbs edilmiş şəxslərin bir çoxunun paytaxt Riyaddakı "Ritz-Carlton" hotelində saxlandıqları bildirilir.