Arannews-Bunu Gürcüstanın energetika naziri İlya Eloşvili Türkmənistanda keçirilən Beynəlxalq Neft və Qaz konfransında deyib.
Nazirin sözlərinə görə, bu gün Avropanın enerji bazarlarına çıxmaq uğrunda tədarükçülər arasında rəqabət var: “Gürcüstan etibarlı tranzit ölkəsidir və bu potensialını inkişaf etdirmək istəyir. Əsasən Türkmənistanın enerji resurslarından asılı olan “Bəyaz axın” və Transxəzər layihələrinin inkişafı planlaşdırılır. Gürcüstan Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə siyasi dəstək ifadə edir və “Aşqabad qətnaməsi” çərçivəsində təşkil olunan işçi qrupların görüşlərində fəal iştirak edir”.
İ. Eloşvili beynəlxalq konfrans çərçivəsində keçirilən sərgiyə də baş çəkib. Sərgidə SOCAR, TurkmenGas, BP, Dragon Oil və CNPC kimi iri dövlət və özəl şirkətlər iştirak edir.