Səudiyyə Ərəbistanında iki gün öncə yaradılan korrupsiya ilə mübarizə kommissiyasının ilk işi aralarında 11 şahzadə, 4 nazir, televiziya sahibləri, iş adamları olan xeyli nüfuzlu şəxsi göz altına almaq olmuşdu. Saxlanılanlar arasında şahzadə Əl-Vəlid bin Talal da vardır.
Arannews-Səudiyyə Ərəbistanında iki gün öncə yaradılan korrupsiya ilə mübarizə kommissiyasının ilk işi aralarında 11 şahzadə, 4 nazir, televiziya sahibləri, iş adamları olan xeyli nüfuzlu şəxsi göz altına almaq olmuşdu. Saxlanılanlar arasında şahzadə Əl-Vəlid bin Talal da vardır.
Həmin şəxslərin Ər-Riyaddakı bir oteldə saxlanıldığı iddia edilir. Otelin içindən çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Əl-Cəzirənin əməkdaşı Saad Abedinenin paylaşdığı video və fotoşəkli çox sayda sosial şəbəkə istifadəçisi bəyənib. Video və fotoşəkildə silahlı şəxslərin olduğu geniş bir salonda yer yataqları görünür.