Tarix : 2017 Nov 08
Kod 53333

Əzəmətli Ərbəin Yürüşü haqqında

Ayətullah Xameneinin dərsi-xaric sinfində bəyanatı
Arannews-Cənab Rəhbər Ayətullah Xamenei dərsi-xaric sinfində Hüseyn Ərbəin Yürüşü barədə buyurub:
Ərbəin günləridir. Xoş o insanların halına ki, bu yolu piyada gedirlər, gedəcəklər, Ərbəin ziyarətinə yetişəcəklər, o xoş məzmunlu Ərbəin günü inşaallah Həzrətə xitab edəcəklər!
Biz də buradan şövq və həsrətlə baxırıq o addımlara ki:
Qabaqda min-min addım,
Könül müştaq, mən heyran. 
Bu səylə öz qəlbimə
Ümid var ki, yol tapam. 
Həmd olsun Allaha ki, gənclərimiz doğru yolu tapıb. Bizdən və dünyadan, İraqdan və başqa ölkələrdən milyonlarla insan bu yolda hərəkətdədir. 
Bu hadisə Allahın nemət olaraq ərsəyə gətirib bizə nəsib etdiyi hadisədir. Bu bir simvoldur.
Piyada Ərbəin ziyarəti həmişə olub. Amma Əhli-beyt ardıcılları və Əhli-beyt aşiqlərinin hüzuru ilə çox gözəl və əzəmətli simvola çevrilən hərəkat olmayıb. Bunu Allah bizə əta edib. Allaha şükür etməliyik.
Vilayet.info
  • Yazılıb
  • da (də) 2017 Nov 08
  • Göndərən مدير سايت Aran News