Tarix : 2017 Nov 08
Kod 53342

Altı xarici şirkətin Azərbaycandakı filialı ləğv olunub

Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Arannews-Bir neçə xarici şirkətin Azərbaycandakı filialı ləğv olunub.
Belə ki, “HeildelbergCement AG”-nin Azərbaycandakı filialı şirkətin 30 avqust 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verildiyini, ləğvetmə prosesinə başlanıldığını və bununla əlaqədar dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar bu elan dərc olunduğu gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirilməlidir.
Bundan başqa, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edir. Bununla yanaşı, “Compass Offices Management Azerbaijan Limited” və “Compass Offices Services Azerbaijan Limited” şirkətləri də ləğv olunub. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına bildirə bilərlər.
“Bushi Consulting Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 188, mənzil 49 ünvanına bildirməlidir.
Bununla yanaşı, “Vitteven+Bos Azerbaijan B.V.” şirkətinin Azərbaycandakı nümayəndəliyi də ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

  • Yazılıb
  • da (də) 2017 Nov 08
  • Göndərən مدير سايت Aran News