"Əl-Mustəkbəl" hərəkatı Səd Həririni yenidən Livanın baş nazir vəzifəsinə namizədi kimi irəli sürəcək.
Arannews-İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Tele Liban hökumət kanalı parlamentin hərəkat blokunun rəhbəri Fuad əs-Sinyora istinadən bildirib. Qeyd edək ki, 48 yaşlı Həriri bu baş nazir vəzifəsində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir və Livanın Hizbullah hərəkatına qarşı çıxış edirdi. O, bazar günü Ər-Riyaddan çıxış edərək həyatına təhlükə olduğunu iddia edərək istefa vermişdi. Səd Həriri Səudiyyədən sonra BƏƏ-yə gedib əmirliyin taxtının vəliəhdi Muhammad bin Zayidlə görüşmüş, sonra yenidən Ər-Riyada qayıtmışdı. O Səudiyyədə olarkən kral Salman bin Əbdüləziz Əl-Səudla görüş keçirib.
Livanın prezidenti Mişel Aun hələ ki onun istefasını qəbul etməyib və istefa etmə səbəbini öyrənmək üçün Həririnin Beyruta qayıtmasını gözlədiyini bildirib.