Ali dini lider Ayətullahül-üzma Seyyid Əli Xamenei Kərbəla şəhidlərinin 40-cı günü - Ərbəin münasibətilə tələbələrin keçirdiyi mərasimə qatılıb.
Aran Agentiliyi: Deyerler.org-un Khamenei.ir saytına istinadən verdiyi xəbərə görə, ali dini lider mərasimdə qısa çıxış edib. "Keçirilən bu mərasimlər cəmiyyətin iradəsini və inancını göstərir. Bu yolda sabit olmaq və qarşıya çıxan çətinliklər qarşısında dözümsüzlük göstərməmək olduqca vacibdir", - deyə Ayətullah Xamenei bildirib.
"İlahi yolda səy göstərmək, ədalət uğrunda mübarizə aparmaq və İslam cəmiyyətinin yüksəlişinə aparan yol - çətin yoldur. Lakin, inqilabın keçdiyi yoluna nəzər salarkən biz aydın şəkildə ümid, qələbə və İlahi hədəfə çatmaq nümunələrini görürük", - deyə Ayətullah Xamenei bildirib.
Mərasimin sonunda ali dini liderin imamlığı ilə camaat namazları qılıb.
Deyerler.org