Tarix : 2017 Nov 10
Kod 53358

İlham Əliyev mürtəce dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.
Aran Agentiliyi:  Dəyişikliklə məhkəmə proseslərində nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.
Dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən “fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər”. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Dəyişikliklər 2018-ci il, yanvarın 1-dən qüvvəyə minir.
  • Yazılıb
  • da (də) 2017 Nov 10
  • Göndərən مدير سايت Aran News
Açar sözlər