Almaniyadan siyasi sığınacaq almaq üçün bu ölkəyə gələn Səudiyyə şəhzadəsi Ərəbistanda günlərlə qorxu, təhdid və vəhşət içərisində yaşadığını bildirib.
Aran Agentiliyi: Əl-Ələm televiziyasının verdiyi reportajda Səudiyyə şəhzadəsi Xalid bin Farhan əl-Səudun Almaniyada bir verilişə qatıldığı bildirilir. Şəhzadə Səudiyyədə insan haqlarının tapdaq altına alındığını və ifadə azadlığının olmadığını bildirir. O, xalqa bəzi azadlıqların verilməsini tələb etdikdən sonra rejim tərəfindən işgəncələrə məruz qaldığını, ordudan istefa etməyə məcbur olduğunu və ölkədən qaçmalı olduğunu bildirib./deyerler/