Tarix : 2017 Nov 10
Kod 53361

Əhsən Nuruzadədən xəbər var: "Mübarizә şövqüm daha da artıb"

Vəkil Yalçın İmanov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə ilə görüşüb. Bu barədə Rakurs TV-ə vəkil İmanov məlumat verib. Onun sözlərinə görə, Əhsən Nuruzadənin əhval-ruhiyyəsi yüksəkdir. MBH fəalı ondan bu sözlərin ictimaiyyətə çatdırılmasını istəyib:
Aran Agentiliyi:  "Allahın salamı vә bәrәkәti olsun sizlәrә, әziz bacı vә qardaşlarım. Azadlıqda olarkәn bu mübarizә yolunun enişli-yoxuşlu, çәtin vә tәhlükәli olduğunu bilirdim, ancaq tәcrübәdә yaşamamışdım. Çox şükür ki, Rәbbim bu tәcrübәni mәnә yaşatdı. Әzizlәrim, әgәr bu yolda düşünәrәk vә Allaha sığınaraq addım atırıqsa, başımıza gәlәn hәr bir çәtinlik izzәt vә şәrәfdәn başqa bir şey deyil. Allaha hәmd olsun әhval-ruhiyyәm vә mübarizә şövqüm daha da artıb, qәlәbәnin yaxın olmasına iman vә inamım güclәnib. Sizlәrә dua etmәyinizi vә mübarizә meydanında daha da fәal olmağınızı tövsiyә edirәm. Vәhdәti güclәndirmәk vә tәbliğatı artırmaq lazımdır. Allah bu yolda kömәyimiz olacaq. Hamınızın әlindәn öpürәm.Bütün qardaş-bacılarıma salam olsun. Azәrbaycan qeyrәtlilәr diyarıdır. Bu xalq üçün azadlıqdan keçmәk dә, ölmәk dә şәrәfdir. Allaha sığının, Allah kömәyiniz olsun. Vәssәlamu әleykum vә rәhmәtullah".
Ə.Nuruzadə bu ilin yanvar ayında naməlum şəxslər tərəfindən oğurlanıb. Fəalın sonradan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı və 10 sutka həbs cəzası aldığı məlum olub. Eyni hadisə sentyabrın 19-u da təkrarlanıb. Fəal bir neçə gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra, oktyabrın 2-i sərbəst buraxılıb. Oktyabrın 6-ı saat 13:00 radələrində yenidən yaşadığı binanın qarşısından qara rəngli "cip" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb. Oktyabrın 10-u vəkil Yalçın İmanova Əhsən Nuruzadənin Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında olduğu, Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) - cü maddəsi ilə ittiham edildiyi bildirilib.
Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir.

  • Yazılıb
  • da (də) 2017 Nov 10
  • Göndərən مدير سايت Aran News
Açar sözlər