Türkiyənin TRT telekanalının əməkdaşları - Sinqapurdan olan operator Lau Hon Menq və Malayziyadan olan reportyor Mok Çoy Lin tərcüməçi və sürücü ilə birlikdə dron vasitəsilə çəkiliş etməklə hava aparatları barədə qanunu pozduqlarına görə iki ay müddətinə həbs cəzasına məhkum edilib.
Arannews-"Reuters"ə istinadən xəbər verilir ki, onlar oktybarın 27-də Türkiyənin "TRT World" telekanalı üçün sənədli film çəkilişi zamanı Mynamanın paytaxtı Neypidoda parlament binası yaxınlığında dronu havaya qaldırmaq istərkən həbs ediliblər.Noyabrın 16-da dronların idxal-ixrac qaydalarının pozulmasına görə cərimənin ödənişini müəyyənləşdirmək məqsədi ilə yeni məhkəmə iclası keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Myanma ordusunu rohinca müsəlmanlarına qarşı soyqırımı törətməkdə günahlandırıb. Myanmada hərbi əməliyyatların başlamasından etibarən 600 mindən çox rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.