Tarix : 2017 Nov 11
Kod 53369

"Heç olmasa Musa Musayev gəlsin ki, Mehman kimə görə məhkum olduğunu görsün" -

Noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. Hüseynovun özü və vəkilləri Fuad Ağayev və Şəhla Hümbətova, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.


Arannews-Müdafiə vəkilləri ötən məhkəmə prosesində hakim Ə. Qasımovun yanvarın 9-u üzrə şəhərdəki, Nəsimi rayon Polis İdarəsindəki müşahidə kameralarının görüntülərinin gətirilməsi, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin gəlib ifadə verməsinin müzakirə olunmalı olduğunu xatırlatsalar da, vəsatətlər müzakirə olunmayıb. Bundan sonra müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. Hakim növbəti məhkəmə prosesinin 16 noyabr saat 15:00-da davam edəcəyini bildirib. 
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

  • Yazılıb
  • da (də) 2017 Nov 11
  • Göndərən مدير سايت Aran News