Tarix : 2017 Nov 11
Kod 53370

Məşhur “İndependent” nəşrindən möhtəşəm Ərbəin etirafı

Dünyanın ən böyük media agentliklərin biri olan “İndependent” bu il də Ərbəin yürüşlərini nəzərdən qaçırmayıb. Agentlik "Ərbəin: Milyonlarla şiə müsəlman İŞİD-i məğlub etdikdən dünyanın ən böyük zəvvar ziyarətində olublar" adlı məqalə yayımlayıb.


Arannews-İslaminSesi.info sözügedən məqaləni sizə təqdim edir.
 "Milyonlarla Ərbəin zəvvarı hər il olduğu kimi bu il də öz qara geyimlərində Kərbəladakı hərəmə doğru gedirlər. Onlar dünyanın ən çox insanın olduğu zəvvarlıqdadırlar. Onlar 50 millik (təxminən 90 km) yolu piyada qət edərək yollarda çadırlarda yatıblar. Bu hərəkat şiə həmrəyliyinin və inancının ən güclü ifadəsidir. Bu il Ərbəin İŞİD-in tamamilə darmadağın edilməsi ilə bir vaxta təsadüf edir. İŞİD şiələrə qarşı çevrilmiş və onların hakimiyyətini Bağdadda məhv etmək istəyən bir hərəkat idi. Suriya ordusu elan etdi ki, Suriyada İŞİD-in əlində olan sonuncu şəhər də azad olunub və elə bununla paralel İraqın qərbi də tamamilə İŞİD-dən təmizləndi.
 Ərbəin- iraq şiəliyinin yüksəlişinin simvoludur. Bu hərəkat çox da uzaq bir tarixə malik deyil. Nəcəf tayfasının lideri 48 yaşlı Kərim zəvvarlara havayı yemək (ehsan) paylayır. O əvvəlki illəri belə xatırlayır: "Səddamın dövründə bu hərəkat qadağan idi. Fəratın başına dolanaraq gizlincə gedərdik, əgər Səddamın mühafizləri bizi görsəydilər ya həbsə atardılar, ya da edam edərdilər."
 Ərbəin elə Səddam Hüseyn tərəfindən əzab verilən çoxlu şəhidlərin də anım günüdür. Amma bütün şəhidlərin hamısı onun adının - peyğəmbərin nəvəsi İmam Hüseynin(ə) şəhid edilməsinin 40-cı gününə yığışaraq anılır. 40-cı günə 10-12 gün qalmış zəvvarlar yola çıxırlar və istiqamət qızılı rəngli hərəmə doğru olur. 20 gün ərzində İraqın bütün şiə kəndləri boşalır və insanlar inanılmaz dərəcədə nizamla və mühafizə altında dünyanın ən böyük zəvvarlığına başlayırlar. İnsanların sayı 6-7 milyondan 17 milyona qədər yüksəlir. Elə 2 milyon insan İrandan gəlir, onları saymaq asandır, çünki sərhəddi keçərkən viza lazım olur. "Ərbəin -Zəvvarlıq" adlı kitabın müəllifi Məhəmməd Əl-Hilli yazır ki, Kərbəla ümulikdə 2-3 milyon zəvvarı eyni anda qəbul edə bilər. Amma insanlar daimi olaraq gedib gəldiklərinə görə bu sayca daha artıq ola bilər.
 Zəvvarlar qara, qırmızı, ağ və yaşıl bayraqlar götürürlər. Ən çox qara bayraqdan - yas əlaməti olaraq istifadə olunur. Müəyyən məsafələrdən bir çadırlar qurulub ki, insanlar namaz qıla bilsinlər. Ümumiyyətlə zəvvarlar üçün bu yollarda hər şey var. Hətta asanlıqla diş həkimi də tapmaq olar. Zəvvarlara bu xidmətlər pulsuz edilir və dini borc kimi dəyərləndirilir.
 Seyid Əl Musəvi bildirib ki, artıq İraq öz qonşuları Türkiyə, İran və Səudiyyə ilə dil tapmağa başlayıb. Elə bu zəvvarlığının təhlükəsiz və sakit ötüşməsi də bunun bir sübutudur. Bu zəvvarlığa hər yerdən: şiəliyin ən çox olduğu an ölkələrdən - İrandan, Azərbaycandan, Livandan, Hindistandan və Pakistandan gələnlər var. Zəvvarlar arasında ən çox yeniyetmələr və 20 yaşlarında olanlar daha çoxdurlar. Londonlu 19 yaşlı gəncdən bu zəvvarlığın mənasını soruşdum o belə cavab verdi: " Bu mənim bütün həyatımın mənasıdır. Bu cənnətə doğru atılmış kiçik bir addımdır."
İraqın ümumi mənzərəsinə baxıldıqda orada şiəliyin nə qədər qüvvətləndiini sezmək mümkündür. İraqda Həşdü-Şabi milli qvardiya kimi çox şöhrət qazandı. Hər bir iraqlı üçün artıq din uğrunda ölümə gediləcək bir məsələ olub. Hətta orada mənə dedilər ki, Həşdü Şabi olmasaydı İŞİD-in məğlubiyyətindən söhbət gedə bilməzdi. Mən ilk dəfə Ərbəin zəvvarlarını görəndə 2003-cü il idi. Onda Amerika əsgərləri palma budaqlarından özlərinə bayraq kimi bir şey düzəldib aparan gənclərə baxardılar. O gənclər Kərbəla istiqamətinə gedərdilər. Onda amerikalı əsgərlər bunu başa düşməzdilər. Halbuki bu ilkin cücərtilər ölkənin gələcək taleyinin ilk addımları idi. 14 illik müdaxilədən sonra da ABŞ hələ də İraq haqda çox az şeylər bilir. Ən ümdəsi isə hələ də onları qiymətləndirmir. (qüvvətli düşmən kimi.. red) Ərbəin təkcə İŞİD üzərində qələbənin qeyd olunması deyil, həm də bu o deməkdir ki, İraqda onların idarəçilyinin vaxtı çatıb.

  • Yazılıb
  • da (də) 2017 Nov 11
  • Göndərən مدير سايت Aran News