Ötən gün hicri-qəməri tarixi ilə səfər ayının 20-i Ərbəin gününə təsadüf edirdi. Tarixin ən böyük izdihamlarından birinin yaşadığı ötən gündə Ərbəin ziyarətindən sonra zəvvarlar tədricən öz şəhərlərinə dönməyə başlayıblar.
Arannews-İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, artıq Ərbəin zəvvarlarının öz ölkə və şəhərlərinə dönməsi başlayıb.
İran sərhəd xidməti Kərbəlaya gedən 3 milyondan artıq vətəndaşldan 1,200,000 -in geri döndüyünü bildirib.
İslaminSesi.info-nun Kərbəlaya ezam edilən müxbirinin məlumatına görə azərbaycanlı zəvvarlar geri dönməyə tələsmirlər. Onlar sabahkı (22 səfər) günü də Kərbəlada keçirərək, bütün ziyarətgahları xüsusilə də İmam Hüseynin (ə) məzarını rahatlıqla ziyarət etmək niyyətindədirlər.