Tarix : 2017 Nov 11
Kod 53377

Prezident Həririnin Livana qayıtmasını tələb etdi

Livan Prezidenti Mişel Aun Səudiyyə Ərəbistanının səfiri ilə görüş zamanı istefa vermiş Baş nazir Səid Həririnin ölkəyə qayıtmasını istəyib.
Arannews-Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, Aun səfirə baş nazirin istefa şərtlərinin qəbuledilməz olduğunu deyib.
Qeyd edək ki, ABŞ, İsrail və Ərəbistanın göstərişi ilə Livanın Baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək, Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı. Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı.


  • Yazılıb
  • da (də) 2017 Nov 11
  • Göndərən مدير سايت Aran News