"Ərbəin ən genişmiqyaslı məzhəbi bir tədbir kimi Şiənin qələbəsinin simvoludur"
Arannews-İslamazeri.com xəbər verir ki, "Independent" qəzetində Petrik Kokbörnın (Patrick Cockburn) qələmə aldığı yazıda Ərbəin mərasimi haqqında bu ifadələrə yer verilib: "Bu il Ərbəin günündə mərasimdə iştirak edən müsəlmanların iki qatından çox sayda bir izdiham Kərbəlada ən sıx iştirakla reallaşan bir məzhəbi mərasim keçirdi. Ərbəin Şiənin fikir atası olan İmam Hüseynin [ə.s] şəhadətinin qırxıncı gününü təşkil edən gündür.Ərbəində iştirak edən insanlardan bəziləri Bəsrə və Kərkük kimi şəhərlərdən təxminən 12 gün öncə, bəziləri də bir neçə gün əvvəl Nəcəfə piyada olaraq yola çıxmış və hamısı da eyni gündə Kərbəlada görüşüblər. Bu eyni zamanda İraq və Suriyada radikal İŞİD zehniyyətinin məğlubiyyətə uğraması ilə birlikdə daha mənalı bir hala gəlmişdir. Bu hərəkat şiələrin İraqda radikal İŞİD, "əl-Qaidə" və Səddamın cinayətlərinə qarşı qazandığı qələbənin bir simvolu olmuşdur."
Yazıda, Ərbəin günü bir araya toplaşan izdihamın dünyadakı heç bir toplantı ilə müqayisə edilə bilməyəcəyi vurğulanır və belə deyilir: "Hər nə qədər Kərbəlada 3 milyonluq əhali olsa da ziyarətə gələn insanlar davamlı giriş-çıxış etdikləri üçün hazırda təxminən 18 milyon bir insan dövriyyəsinin baş verdiyi ehtimal edilir."