Arannews-Malik Əştər (Əjdər) Nəxəi Əmirəlmöminin Əlinin (ə) ən yaxın köməkçilərindən olub. Malik Nəxəinin Əştər adlandırılmasının tarixçəsi var. Hicri-qəməri 16-cı ildə Yərmuakda rum cəngavəri Mahan gürzlə Malikin başına güclü zərbə endirir. Malikin dəbilqəsi dağılır və dəmir parçalarından biri gözünün altını zədələyir. Bu döyüşdən sonra Malikə “Əştər” adı verilir.