İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei İranın qrəb əyalətlərində baş verən şiddətli zəlzələdə həyatını itirmiş şəxslərə görə başsağlığı verib.
Arannews-İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, Ayətullah Xamenei şiddətli zəlzələyə görə və bu zəlzələdə həyatını itirmiş vətəndaşlara görə başsağlığı verib və ölkənin siyasi rəsmilərini və ordusunu zərərçəkmişlərə yardım məqsədilə bütün güclərini səfərbər etməyə çağırıb.
Ayətullah Xamenei müvafiq qurumlardan əlavə ordunun, Sepah-ın və eləcə də könüllülərdən ibarət Bəsic təşkilatının hərətəkə keçməsilə bağlə göstəriş verib.
Məlumata görə Sepah-ın baş komandanı Məhəmməd Əli Cəfəri Kermanşah əyalətinə yollanıb.
Qeyd edək ki, bu zəlzələnin mərkəzi İranın Kermaqnşah əyalətinə düşüb. Zəlzələnin gücü 7.3 bal olub. İndiyə qədər 311 nəfərin ölümü və 2504 nəfərin yaralanması dəqiqləşib