Tarix : 2017 Nov 14
Kod 53413

İlk Beynəlxalq ərbəin Festivalı keçiriləcək

İran İslam Cumhuriyəti Təbriz Azəri Radiosunun təşkilatçılığı ilə : İlk Beynəlxalq ərbəin Festivalı keçiriləcək
 arannews:İran İslam Cumhuriyəti Təbriz Azəri Radiosunun təşkilatçılığı ilə :
İlk Beynəlxalq ərbəin Festivalı keçiriləcək 
Festivalın bölmələri:  
Şer 
Şer oxunuşu  
Dini nəğmələr 
əsərlər azərbaycanca və Türkiyə türkcəsində qəbul olunur.  
Festivalın mövzuları:  
Seyyidüş-Şühədanın (ə) Ərbəini 
Ərbəin ziyarəti  
Ərbəində Kərbəlaya yürüş  
Kərbəla diyarı  
Mükafatlar:  
1-ci yer: 500 dollar (hər bölmədə)  
2-ci yer: 350 dollar (hər bölmədə) 
3-cü yer: 200 dollar (hər bölmədə) 
Əsərlər 1439-cu hicri qəməri ili Səfər ayının sonuna qədər göndərilməlidir. (19 noyabr 2017)
əlaqə körpüləri: 
Telegram: @Arbeinfestivaladmin - 00989027320162
WhatsApp: 00989027320163
əsərlərin göndərilməsi ilə əlaqədar şərtlər:  
- Hər bir iştirakçı festivalın hər hansı bölməsində maksimum 3 əsərini katibliyə göndərə bilər.  
- Hər bir iştirakçı eyni vaxtda festivalın bütün bölmələrində iştirak edə bilər. Bir neçə bölmədə qalib olduğu halda, sadəcə bir əsər mükafatlandırılacaq.  
- Şer bölməsində şairlər özləri haqqında ətraflı məlumat verməli və əlaqə telefonunu qeyd etməlidirlər.  
- Şer oxunuşu və dini nəğmələr bölmələrində müəllif haqqında ətraflı məlumat və əlaqə telefonundan əlavə, əsər haqqında yazılı məlumat da göndərilməlidir.  
- Şer bölməsində bütün şer üslublarında əsər göndərmək mümkündür.  
- Şer oxunuşu bölməsində səs yazısı maksimum 6 dəqiqə və dini nəğmələr bölməsində səs yazısı maksimum 7 dəqiqə olmalıdır.  
əsərlər qeyd olunan vaxta qədər qəbul olunacaq.
əlavə məlumat üçün ADMIN ilə əlaqə saxlayın: @Arbeinfestivaladmin ( Telegram)
İlk Beynəlxalq ərbəin festivalı üçün Telegramda məlumat kanalı: 👇👇👇
@Arbeinfestival


  • Yazılıb
  • da (də) 2017 Nov 14
  • Göndərən مدير سايت Aran News