Tarix : 2017 Nov 14
Kod 53414

Rəsmi Bakı məzlum Yəmənliləri qətliam edən təkfitçi Ali Səudu himayət etdi

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hələ bu vaxta qədər vəhabi, təkfirçi Ali Səudun Yəmən xalqına qarşı törətdiyi vəhşiliklərə qarşı heç bir reaksiya göstərməyib...
Arannews-Azərbaycan XİN: Səudiyyə Ərəbistanına raket hücumunu qınayırıq 
"Biz Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq."
Bu sözləri apa-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu cür neqativ hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: “Biz regionda davamlı sülhün və müəyyənliyin təmin olunması üçün siyasi-diplomatik səylərin daha da artırılmasına çağırırıq”.
Qeyd edək ki noyabrın 4-də Səudiyyə Ərəbistanının havahücumundan müdafiə sistemi Ər-Riyadın şimal-şərqində ballistik raketi zərərsizləşdirə bilməmişdi. “Al-Arabia” kanalının yaydığı məlumata görə, raket Ənsarullah tərəfindən atılıb. 


  • Yazılıb
  • da (də) 2017 Nov 14
  • Göndərən مدير سايت Aran News