Tarix : 2017 Nov 15
Kod 53417

Daha bir gənc fəal “facebook” statuslarına görə həbs olundu

“Nida” Vətəndaş Hərəkatının üzvü, gənc fəal Ümman Dəniz həbs olunub. Bu haqda “Nida”nın İdarə Heyətinin üzvü Məsud Əsgər məlumat verib.
Arannews-Məlumatda bildirilir ki, gənc fəal “facebook” sosial şəbəkəsindəki tənqidi statuslarına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Protokol tərtib olunub ki, guya o, polisin qanuni tələbinə tabe olmayıb, müqavimət göstərib.
İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə Xətai Rayon Məhkəməsinə aparılan gənc fəala 15 sutkalıq inzibati həbs cəzası verilib. Onun Binəqədidə inzibati həbs olunanların saxlanması üçün nəzərdə tutulan təcridxanaya aparıldığı bildirilir.
Azadliq.info

  • Yazılıb
  • da (də) 2017 Nov 15
  • Göndərən مدير سايت Aran News