Tarix : 2017 Nov 15
Kod 53425

FETÖ ilə Binəli Yıldırımı nə birləşdirir "Böyük şeytanın" vəsvəsəyə ehtiyacı varmı

Binəli özünə əziyyət verib ABŞ-a İran əleyhinə vəsvəsə etməsin, ABŞ onsuz da "böyük şeytan"dır.
Arannews-Türkiyənin baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarında qalmqallı açıqlama ilə yadda qalıb. Region məsələlərini müzakirə edərkən deyib ki, şiəliyin geniş yayılması region üçün ciddi təhlükəyə çevrilir. 
Şəxsən adamın çıxış etdiyi dövləti nəzərə alanda məlum olur ki, bu cür açıqlama verməməsi zatən qeyri-təbii olardı. Adam, onun nəzərdə tutduğu İranın liderinin bütün dünyaya ifşa etdiyi "böyük şeytan"ın yanına gedib, indi deyirsiz ki, orada şiə əleyhinə danışmasın?
Əlbəttə adının mənası "Əlinin oğlu" (bin ərəb sözüdür, mənası oğul deməkdir) olan bu insanın bu cür danışması müxtəlif insanlar tərəfindən müxtəlif cür yozulur, şərh verilir. Məsələn elə götürək ölkəmizdə olub bütün günü Türkiyə haqqında, "böyük qardaş", "əziz soydaş", "ulu türk" və sair bu kimi mədhlərlə Türkiyəni öyən insanlar Binəlinin sərsəmləmələri ucbatından onun pis qələmə verilməməsi üçün məqsədinin İran olduğunu bəyan edirlər. Axı İranın şiə dövləti olması və bütün dünyada həqiqi İslamı təbliğ etməsi gün kimi aydındır. Xüsusən də bu yerdə İrana antipatiyası ilə yadda qalan insanların əlinə ikiqat fürsət düşüb ki, bir tərəfdən İranı "vursunlar", digər tərəfdən də Binəliyə necə lazımdırsa bəraət qazandırsınlar. Kim necə yozursa yozsun, arada danılmaz bir fakt var: İran şiə dövlətidir, müsəlman Şərqində ağsaqqallıq edir, bir çox dövlətlərə ordusu, sözü, köməkliyi keçir...
Təbii ki, Binəli Yıldırımın məhz iranlılar tərəfindən hər həftə lənətlənən, İmam Xomeyni (r) tərəfindən "böyük şeytan" adlandırılan bir dövlətdə şiəliyi region üçün təhlükə hesab etməsindən 100 faiz məlum olur ki, məqsədi İrandır. Amma unudur ki, İran sünni olan Bəşər Əsədə, Fələstin müqavimətçilərinə də dəstək verir. Ümumiyyətlə İranın etdiyi iş gün kimi aydın və kişi kimi aşkardır. Heç nəyi gizlətmir. Dünyada İslami vəhdətin yaranması və müsəlman dünyasının birləşməsi üçün əlindən gələni edir. 
Binəlinin isə dünyada sünni müsəlmanların şiələrdən bəlkə də üç-dörd dəfə çox olmasına baxmayaraq şiəliyin regionda geniş yayılmasından narahat olması Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə deyil. ELə Binəlini heç kim ikən Davudoğlunun boşluğunu doldurmaq üçün hökümət başına gətirən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da şiəyə nifrətiylə seçilən adamdır. Canlı yayımda utanmadan şiələri təhqir etmiş, bir siyasətçiyə yaraşmayan (əslində yaraşan) şəkildə "şiə" sözünü dilə gətirib nurçularla müqayisə etmiş və hər ikisinin pis olmasını bildirmişdir. Amma hər dəfə işi düyünə düşəndə üz tutduğu ölkə İran, sığındığı insan Ayətullah Xameneidir. (Son Kürdüstan referendumu məsələsindən sonra da Ayətullah Xameneinin yanına ağlamağa getmişdi)
Nurçu demişkən yaddan çıxmasın ki, Ərdoğanın terrorçu elan etdiyi FETÖ Fətullah Gülən də şiəyə olan nifrətiylə yaddaşlarda qalıb. O moizələrində dəfələrlə İranı pisləyib, "cənnətin yolu İrandan keçsə mən yolumu başqa yerdən salaram" demişdir. Ərdoğan və onun komandası isə vaxtilə Fətullah Gülənlə cici-bacı olmuşdu. Təbii ki, bu gün də Ərdoğanı, Binəlini FETÖ ilə birləşdirən cəhətlər var. Hər üçü şiə düşmənidir. (Binəli bəlkə də Ərdoğan komandasının FETÖ üçün "burnunun ucu" göynüyüb deyə getmişkən qəlbən də olsa şiəyə sataşmaqla Fətullaha olan beyətini təzələyib. O, belə etməklə ən azından özlərinin terrorçu elan etdikləri FETÖ-nü sevindirib.) 
Bəlkə də Türkiyə indiyədək məhz buna görə Qarabağ mövzusunda ancaq guruldamaqla məşğul olub, amma yağmayıb. Məlum olur ki, nə Ərdoğan, nə də Binəli səfeh deyil ki, Qarabağda qırılan şiələrdən ötrü başlarını bəlaya salsın, şiə torpağı olan Qarabağı alıb şiələrə versin, şiələr də orada nəsil artırmaqla məşğul olsunlar. Amandır Binəli bəy, birdən Qarabağı alarsız, şiənin sayı çoxalar.
Heç unutmadan onu da deyim ki, Ərdoğan da şiə əleyhinə danışan və Qarabağ məsələsində şiə ölkəsi olan Azərbaycana xəyanət edən ilk insan deyil. 16.02.90 tarixində çap olunan Türkiyənin "Milliyyət" qəzetində Turqut Özala - 20 Yanvar hadisələri sonrası –aid olan bu sözlər qeyd edilib: "Özalın "azərilər şiə, biz sünnüyük, İrana daha çox yaxındılar" deməsi Moskvanın xoşuna gəlib." Mahiyyət etibarilə Özalın dediyi ilə Binəlinin sözləri eynidir. Azərbaycan müsəlman-şiə dünyasının bir parçasıdır. Özal Azərbaycan barədə xüsusi danışarkən sonda şiəni vurub, Binəli də ümumi şiəni təhqir edərkən Azərbaycan da şiə dünyasının bir parçası olduğu üçün onu da təhqir etmiş olur.
Məlum məsələdir ki, Binəli bu sözləri nə gəlib Azərbaycanda, nə də gedib İranda deyə bilməzdi. Onun bu sərsəm açıqlamalarına ancaq ya Ali-Səud, ya da Amerika şərait yarada bilərdi. 
Biz son olaraq Binəli Yıldırımı Muhəmməd Mursidən ibrət almağa çağırırıq. Muhəmməd Mursi Misirin prezidenti seçilərkən işlətdiyi sözlərdən biri də "şiə yəhudidən daha pisdir" sözü olmuşdu. Ən rəzil şəkildə çökən insanlar kimi öz hərbi naziri onu zindana saldı. Tarix göstərib ki, dünyada şiəyə qarşı kim kin-nifrət bəsləyibsə hər birisi özünün layiqli cəzasını alıb.
Əlbəttə, Binəli Yıldırım kimi insanlar səbəb olur ki, Azərbaycanda və sair ölkələrdə Elşad Miri, Fazil Mustafa, Harun Yəhya, Cübbəli hoca kimi axmaq, şiə düşməni olan yezid törəmələri şiəyə dil uzadır. Amma biz Binəlinin terrora çağıran fitnə dolu sözlərini əhli-sünnənin mövqeyi kimi qəlmə verə bilmərik. Əhli-sünnənin ağıllı liderləri var ki, məzhəb ayrıseçkiliyinə yönəlik bu iblis diktələrinə layiqli cavab verə bilərlər. 
Binəli özünə əziyyət verib ABŞ-a İran əleyhinə vəsvəsə etməsin, ABŞ onsuz da "böyük şeytan"dır. Onun "böyük şeytan" olmasına baxmayaraq şiənin şeytandan qorxusu yoxdur.


  • Yazılıb
  • da (də) 2017 Nov 15
  • Göndərən مدير سايت Aran News