Səudiyyə rejimi Vəlid bin Talalı korrupsiya bəhanəsi ilə həbs etdikdən sonra onun Livandakı iki möhtəşəm otelini satışa çıxarıb.
Arannews-İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, Livan bankları dünən (14 noyabr, çərşənbə axşamı) Səudiyyə şahzadəsi Vəlid bin Talalın nəzarətə alınmasından sonra ona aid Livandakı iki luks otelin satışa təqdim edilməsi üçün qiymət müəyyən etmək üçün çalışmalar başladıblar. Ən qısa zamanda bu iki otelin açıq hərraca çıxarılacağı bildirilir.
"Forbes"in son hesabatına görə, 62 yaşındakı bu Səudiyyə şahzadəsi 18 milyard dollar dəyərində çox böyük iqtisadi və ticari bir şəbəkənin sahibidir və iqtisadi təşkilatlarla yanaşı, televiziya və radio kanalları, internet firmaları, peyklərə da malikdir. "Twitter" sosial paylaşım saytını da Talal satın almışdı.
Talal həmçinin Ərəbistan krallıq hissəsinin 95 %-nə malikdir. Bu səhmlərin təqribi 10 milyard dollar olduğu bildirilir.
Talal digər 11 Səudiyyə şahzadəsi, 4 faktiki nazir və onlarla keçmiş nazirlə birlikdə keçən günlərdə Səudiyyə rejimi tərəfindən maliyyə korrupsiyası, çirkli pul yuma günahlandırması ilə həbs olunmuşdu.