Tarix : 2017 Nov 16
Kod 53432

Azərbaycanlı ruhani Şeyx Tohid İbrahimbəyli İraq türkmənlərinin komandiri ilə görüşüb – Foto

İraq türkmənlərinin Azərbaycana verdikləri dəstəyə görə onlara Azərbaycan xalqı adından minətdarlıq bildirilib
Arannews-“Truth NGO” xəbər verir ki, Azərbaycanın mübariz ruhanilərindən olan Şeyx Tohid İbrahimbəyli, İraqın Həşti-Şəbi könüllü ordusunun tərkibində olan türkmənlərdən ibarət “əl-Qaim” alayının komandiri Zəki əbu Əlinin qonağı olub.

Tohid İbrahimbəyli  ilk olaraq, tükmən könüllülərinin son illərdə, işğal altında olan Qarabağ torpaqlarının azad edilməsi yolunda verdikləri mənəvi dəstəyə görə Azərbaycan xalqı adından onlara təşəkkürünü bildirib.

Daha sonra isə İŞİD və digər bu kimi terorçuların region üçün təhlükələrindən söz açılıb.

Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

 



  • Yazılıb
  • da (də) 2017 Nov 16
  • Göndərən مدير سايت Aran News