Tarix : 2017 Nov 17
Kod 53436

Mətbuat Şurası xeyli saytı bloklatdırıb

Bir sıra xəbər saytlarının rəhbərləri Mətbuat Şurasının müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan ərazisində saytlarının bloklandığını bildiriblər.
Aran Agentiliyi:  Xüsusən, realliq.info, realliq.az,NİA.az, neytral.az, politika.az, vediinfo.az, obyektiv.org, sonolay.org, 24saat.org, ulus.az, qanunxeber.az, infoaz.org, xalqinsesi.com və aztoday.az saytlarının bloklandığı bildirilir.
İndi Azərbaycanda bu saytlara yalnız proksi-serverlər vasitəsilə daxil olmaq mümkündür.
Saytların kollektivləri öz hüquqlarını birlikdə müdafiə etmək niyyətindədirlər.
İctimaiyyətlə əlaqələr üzrə realliq.info saytının baş redaktoru İkram Rəhimov əlaqədar şəxs təyin edilib.
O, Turan-a bildirib ki, saytların bloklanmasına Mətbuat Şurasının fəaliyyətini tənqid etmələri, siyasi məhbusları müdafiə edən nəşrləri səbəb olub.
Redaktorlar noyabrın 16-da video mətbuat konfransı keçirmək niyyətindədirlər.
Mətbuat Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələlik məsələni şərh etməyib.
Bu ilin yazında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq Radiosu”, Meydan.TV, Turan.TV, azadliq.info saytlarını, həmçinin “Azərbaycan saatı” verilişini bloklamışdı. Sonradan məhkəmə bu qərarı təsdiq edib.
Nəşrlərin nümayəndələri apellyasiya şikayəti veriblər.
  • Yazılıb
  • da (də) 2017 Nov 17
  • Göndərən مدير سايت Aran News
Açar sözlər