Tarix : 2017 Nov 18
Kod 53447

"Qarabağ" - "Sumqayıt" matçında kütləvi dava olub -

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçında kütləvi dava baş verib
Arannews-İslaminSesi xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.
 Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları “Qarabağ Ordusu” azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb.

  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News