Tarix : 2017 Nov 18
Kod 53448

Türkiyə diplomatlarının dörddə biri öz vəzifəsindən uzaqlaşdırılıb

Türkiyənin xarici işlər naziri: “Ankara ötən ilin uğursuz hərbi çevrilişlə ilgili olaraq öz diplomatlarının dörddə birinin vəzifəsini dayandırıb”.
AranNews – Redaksiyamızın “Russia Today” xəbər kanalına istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz nazirliyinin büdcəsi ilə bağlı iclasda sözügedən diplomatların fəaliyyətlərinin dayandırılmasının mötəbər sənədlər əsasında olduğunu vurğulayaraq deyib: “Onlardan bəzilərinin öz vəzifələrinə qayıtması göstərir ki, bu nazirlik səhv etməyib”.
Xatırladaq ki, 2016-ci ilin iyun ayında Türkiyədə uğursuz çevrilişin ardınca bu ölkənin məhkəmə, təhlükəsizlik, diplomatiya, təhsil sahələrində təmizləmə işləri aparıldı. Bu məsələ beynəlxalq camiənin tənqidi ilə qarşılaşdı və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı diktatorluq hökuməti qurmaqda təqsirləndirdilər. 


  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News