Tarix : 2017 Nov 18
Kod 53449

İran, Türkiyə və Rusiya prezidentləri Soçidə görüşəcək

Kreml sözçüsü: İran, Türkiyə və Rusiya prezidentləri Suriya mövzusu ilə bağlı görüş keçirəcəklər.
AranNews – Redaksiyamızın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İran, Türkiyə və Rusiya prezidentlərinin Suriya böhranı ilə bağlı birgə görüş keçirəcəyini təsdiq edib.
D. Peskov deyib: “Bu görüş 22 noyabrda Soçi şəhərində baş tutacaq və Suriyada atəşkəsə zamin olan Rusiya, İran və Türkiyə ölkələri Suriyadakı vəziyyəti müzakirə edəcəklər”.
Qeyd edək ki, bundan öncə də Türkiyə mənbələri bu xəbəri vermişdilər.
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ İran, Türkiyə və Rusiya başçılarının Suriya mövzusu ilə bağlı bir araya gələcəyini xəbər verməklə yanaşı deyib ki, bu görüşdə Suriyada siyasi keçid prosesi müzakirə olunacaq.


  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News