Tarix : 2017 Nov 18
Kod 53451

Tutulan şahzadələrdən kralın oğluna "beyət" tələbi

İslamazeri.com-un “Financial Times”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı rəhbərliyi anti-korrupsiya əməliyyatı zamanı tutulan şahzadələrə azad olmaları üçün pul verməyi təklif edib.
Arannews-Ölkə rəhbərliyi bu əməliyyat sayəsində yüzlərlə milyard dollar əldə edəcəyinə ümid edir. Məlumata görə, artıq saxlanılanların əksəriyyəti bu cür “alverə” razılıq veriblər. Məsələn, milyarderlərdən biri öz var-dövlətinin 70 faizini dövlətin hesabına köçürməyə razılıq verib.
Maraqlıdır ki, bu təklifə həm də kral Salmanın oğlu vəliəhd şahzadə Muhəmməd bin Salman əl-Sauda beyət də daxildir.
Xatırladaq ki, sözügedən əməliyyat noyabr ayının əvvəlində başlayıb. Ümumilikdı 60 nəfər tutulub, onlardan da 12-si kral ailəsinin üzvüdür.
  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News