Tarix : 2017 Nov 18
Kod 53452

İslamı yeni qəbul etmiş almaniyalı xanım İmam Əlinin (ə) hərəmini ziyarət etdi

İslam dinini yenicə qəbul edən almaniyalı xanım Marqaret Nəcəfül-Əşrəfdə İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.
Arannews-Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, almaniyalı xanım Marqaret İslam dinini qəbul etmək şərəfinə layiq olması barədə belə danışıb: “Alman vətəndaşları ilə yaxşı əlaqələr quran müsəlmanların əxlaqı məni İslam dininə istiqamətləndirdi. Almaniyalı müsəlman vətəndaşlarla rastlaşmağım və onların gözəl əxlaqını görəndən sonra İslam dininin qadınlara çox dəyər verib, ləyaqətinin qoruyucusu olduğuna qəti şəkildə inandım. Bu məsələ mənim müsəlman olmağım və cəfəri məzhəbini seçməyimin ən əhəmiyyətli səbəbidir”.
İmam Əlinin (ə) mütəhhər hərəminin Qadınlar idarəsi xanım Marqaret mənəvi səfəri üçün xüsusi proqram hazırlayıblar. Almaniyalı yeni müsəlman olan xanım İmam Əlinin (ə) mütəhhər hərəminin kitabxanasına gələrək, burada ingilis dilində nəşr olunan bəzi kitablarla da tanış olub

  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News