Tarix : 2017 Nov 18
Kod 53456

Abgül Süleymanov Ərbəin zəvvarlarına təşəkkür etdi

11 saylı CÇM-də saxlanılan ruhani Hacı Abgül Süleymanov Ərbəin səfərinə qatılanlara təşəkkür edib
Arannews-"Bağışlayan və Mehriban Allahın adı ilə...
İnsanların boynunda ən böyük haqq Məsum İmamın haqqıdır. Sual oluna bilər ki, bu haqqı necə əda etmək olar? Dua və hədislərə əsasən deyə bilərik ki, Məsum İmama mərifət və Onu tanımaqla bu haqq əda oluna bilər. Hədislərdə hətta bunun əksi haqqında şiddətli hədislər mövcuddur. Belə ki, zamanının İmamını tanımayan, Ona mərifəti olmayan şəxsin ölməsi cahiliyyətdəki kafirin ölməsilə eyniləşdirilir.
Ölüm həyatın əsiridir. Yəni hər kəs cahil kimi ölübsə, demək ki, cahil kimi yaşayıb. 
İmamlar öz ziyarətlərinə bizi dəvət edəndə də şərt deyiblər. Onlar ziyarəti “arifən bihəqqi” (İmamın haqqına mərifətlə) bizdən istəyiblər ki, bu şərtlə ziyarət olarsa həmin ziyarətə gedənlərə cənnət vacib olar. Əlbəttə ki, İmamın haqqını tanıyanın əməldə də onun haqqını əda etməsi labüddür - bu başqa mövzudur.
Əllamə Əminin oğlu yuxuda atasını görür. Atasının cənnətdəki məqamını gördükdə isə “Ata bu məqam “Əl-Qədir” kitabını yazdığına görə, sənə verilib?”, atası “Xeyir oğul, İmam Hüseynin (ə) ziyarətinə görə, bu məqama layiq görülmüşəm”, -deyir...( Təbii ki, bu cür alimlərin ziyarəti İmamların istədiyi “arifən bihəqqi” olması şübhə doğurmur.)
Bu il məndə olan məlumata görə, Ərbəin ziyarəti çox möhtəşəm keçmişdir. 80 Ölkədən gələn zəvvarların ora cəm olması ürəkaçan olub.
Məxsusən Türkiyə və Azərbaycandan gələn müsəlmanların sayının çoxalması daha çox diqqətə səbəb olub. Digər əldə etdiyim məlumat isə, Azərbaycanda “Hüseyn-Hüseyn” deyərək zindana salınan ruhani və inanclıların şəkil, plokat və bayraqları İraqdakı bir çox ziyarətgahlarda, xüsusilə Nəcəf və Kərbəlada bütün dünyadan gələn zəvvarlarların marağına və məhbuslarla bağlı əlavə məlumat əldə etmələrinə səbəb olub. Əlbəttə ki, bu əməl İmam Hüseyn (ə) aşiqlərinin qəlbələrini şad etmiş, bu şəxslərə kini olanların isə qəzəbinə səbəb olmuşdur. Din elə budur; Bir yaşlı kişi İmam Rzanın (ə) ziyarətinə gələrək onun hüzuruna çatanda ayaqlarının altının partlamasını, ayaqlarının altından qan axmasını göstərib deyir “And olsun Allaha sizə olan sevgimlə bura gəlmişəm.” Bu yerdə İmam Rza bildirir ki, din nifrət və sevgidən başqa bir şey deyil . Əgər Əhlibeytə sevgilə Əhlibeyt ziyarətləri, həmçinin Ərbəin ziyarətinə gedən zəvvarların din düşmənlərinə kin və qəzəbi olmazsa, bu şəxslərin nəinki ziyarətləri, hətta dindarlıqları naqisdir. 
Yazımın bu yerində, Ərbəində İslamçı məhbusları unutmayanlara, xüsusilə Türkiyədən Ərbəin ziyarətinə yollanan və orada bizi - İslamçı məhbusları unutmayan qardaş və bacılarmıza dərin təşəkkürlərimi bildirir, onların ziyarətlərinin ali dərəcədə Mütəal Allah tərəfindən qəbul olmasını arzu edirəm!"

  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News