Tarix : 2017 Nov 18
Kod 53457

“Səudiyyə Livan baş nazirinin iki övladını girov saxlayıb”

Səudiyyə Ərəbistanı Livan baş naziri Səd əl-Həririni Fransaya buraxsa da onun qarşısında şərt qoyub.
Arannews-İslaminSesi.info xəbər verir ki, Livan baş naziri Səd əl-Həriri (eyni zamanda Səudiyyə vətəndaşı) bu gün ər-Riyaddan Parisə uçub. Fransa prezidenti Emanuel Makronun ofisindən bildirilib ki o bir neçə gün Parisdə qaldıqdan sonra Beyruta dönəcək.
 Beyrutda isə bütün siyasi fraksiyalar əl-Hərirnin yenidən öz işinin başına dönməsini və beləcə ölkədə yeni siyasi gərginlik dalğasının baş verməməsini istəyirlər.
Lakin görünən budur ki, əl-Həriri özü və xanımı Lara əl-Əzm Səudiyyədən çıxa bilsə də iki övladı Lulu və Əbdüləziz Səudiyyədə qalıb.
 Livanın əl-Əxbar qəzeti bildirib ki, əl-Həriri bütün ailə üzvləri ilə birgə Səudiyyədən çıxmalı idi, lakin iki övladının Səudiyyədə saxlanılması bunu göstərir ki, Səudiyyə rejimi əl-Həriri qarşısında Livanla bağlı şərt qoyub.
 Səudiyyənin əsas məqsədi isə Hizbullahı mümkün qədər Livan hökumətindən sıxışdırıb çıxarmaqdır.
 Əl-Həriri cari ayın əvvəlində Səudiyyəyə səfəri çərçivəsində qəflətən ekrana çıxıb və Livanın baş nazirliyi vəzifəsindən istefa verdiyini bildirib.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp

  • Yazılıb
  • da (də) 2017 Nov 18
  • Göndərən مدير سايت Aran News