Tarix : 2017 Nov 20
Kod 53459

Səudiyyənin kralı imamların məzarını ziyarət etməyə icazə verib, lakin...

Səudiyyə rejiminin təsisçisi Əbdüləziz bin Əbdürrəhman Ali-Səudun (1875-1953) o zaman iranlı şiə alimi Əllamə Əbdürrəhim Sahibul-Füsul Hairi ilə görüşü zamanı ona Bəqi qəbiristanlığında 4 imamın məzarının ziyarəti və bərpası ilə bağlı çox mühüm bir sənəd verdiyi məlum olub.
Arannews-İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu barədə İslam dini və Quran tarixi haqda araşdırmalar aparan Əhməd İbrahimi məlumat verib.
Əhməd İbrahimi bu yaxınlarda İranın Quran və maarif telekanalında çıxışı zamanı Səudiyyənin təsisçisi və kralı Əbdüləzizin Bəqi qəbirsistanlığı ilə bağlı şiə aliminə verdiyi mühüm sənəddən söz açıb.
Sənədi ictimaiyyətə təqdim edən araşdırmaçı deyib:
“Əbdüləziz Ali-Səud şiə alimi Əbdürrəhim Sahibul-Füsul Hairiyə bir imzalanmış sənəd verir. Bu sənəd şiələrə icazə verir ki, onlar Bəqidə 4 imamın mızarını ziyarət edə bilər və hətta onun üzərində bərpa işləri görə bilərlər. Lakin Səudiyyədə vəhhabilərin nüfuzu buna imkan verməyib.”
Qeyd edək ki, 4 imamın məzarının olduğu Bəqi qəbirsitanlığı vəhhabilər tərəfindən iki dəfə 1806 və 1926-cı illərdə dağıdılıb.

  • Yazılıb
  • da (də) 2017 Nov 20
  • Göndərən مدير سايت Aran News