Arannews-“Truth NGO” xəbər verir ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi və Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunduğu bir vaxtda, əhalisinin 95%-nin müsəlmanlardan ibarət olduğu Azərbaycan Respublikasında hakimiyyət orqanlarının İslam dininə qarşı mübarizəsi pik həddinə çatıb. Təkcə bu il ölkə ərazisində çoxlu sayda məscid müxtəlif bəhanələrlə hakimiyyət orqanları tərəfindən sökülüb ki, Bakının Sovetski adlanan ərazisində yerləşən tarixi “Hacı Əbdürrəhim bəy məscidi” və “Hacı Cavad məscidi” də onların sırasındadır.
Məhərrəmlik və Aşura mərasimlərinə qarşı dövlətin apardığı amansız mübarizə isə artıq bir neçə ildir “ənənə” halını alıb. Özlərini “ziyalı” adlandıran yaltaqlardan və sionizmin maraqlarına xidmət edən KİV-lərindən tutmuş, hüquq-mühafiqə orqanlarına qədər bir dəstə allahsızlar ordusu – xalqın yüz illərlə qoruyub saxladığı Məhərrəm və Aşura mərasimləri əleyhinə mabarizədə sanki bir-birləri ilə yarışa çıxıblar.
Amma təsir – əks-təsirə bərabər olduğundan, hakimiyyətin xalqın dini inanclarına qarşı mübarizəsi də əks təsir yaradaraq, əhalinin öz dini etiqadlarına daha möhkəm sarılmasına gətirib çıxarşımdır. Son illər ərzində ölkə gəncləri arasında dinə meyilliyin dəfələrlə artması və Azərbaycan dindarlarının “Ərbəin yürüşündə” iştirak etməkdən ötrü kütləvi şəkildə İran və İraqdakı müqəddəs hərəmləri ziyarətə getmələri bunun bariz nümunəsidir.
Təbii ki, bu tendensiya Azərbaycan hakimiyyətində narazılıq yaratmaya bilməz. Hakimiyyətin “Ərbəin yürüşü”nə qarşı öz nifrətini açıq-aşkar nümayiş etdirməsinin arxasında da məhz bu səbəb dayanır. 2 il əvvəl Nardaran əhalisinin öz hesabına yaratdıqları “İmam Əli (ə) meydanının” hakimiyyət orqanları tərəfindən məhz İmam Hüseynin (ə.s) Ərbəin mərasimləri ərəfəsində yerlə-yeksan edilməsi, ölkə rəhbərliyinin Ərbəinə olan nifrətinin təcəssümü idi.
Azərbaycan hakimiyyəti, bu ilki Ərbəin mərasimlərində iştirak etməyin də acığını xalqdan çıxdı: 2 gün qabaq, Bakının Binə kəndində yerləşən məscidin iki minarəsi Azərbaycan Respublikasının rəsmi dövlət məmurları tərəfindən və onların müşaiyəti ilə söküldü. Və bu çirkin əməlin məhz – Binə kəndi əhalisinin “Ərbəin yürüşündən” qayıtdığı gün edilməsinin, hakimiyyətin sözü gedən yürüşə nifrətindən irəli gəldiyini desək, yəqin ki, yanılmarıq.
Qeyd edək ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Yəni özünü İslam dünyasının bir hissəsi kimi qələmə verir. Amma İslamda mühüm olan iddia yox, əməldir. Əgər əməl İslamın əleyhinə yönəlibsə, bu əməli törədən müsəlman yox, İslamın düşmənidir.
“Məscid uçurmaq” üzrə “dünya rekordu” – sionist rejimi olan İsrailə və yəhudilərin marionet kuklaları olan İŞİD-ə məxsusdur. Belə getsə, Azərbaycan Respublikası da bir neçə ildən sonra bu anti-rekordu təzələyəcək.
Göründüyü kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan Respublikası rəhbərliyinin İslam dini əleyhinə fəaliyyətləri, müsəlmanların düşməni olan İsrailin anti-İslam fəaliyyətləri ilə müqayisə olunur. Əgər məscidləri uçurub öz xalqının İslama meyl etməsindən narahat olan Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının üzvüdürsə, İslam dünyasına nüfuz etməyə can atan İsrail niyə bu təşkilata üzv olmasın? Cənab İlham Əliyev, bəlkə İsraili də İslam Əməkdaşlıq Təşkilatına üzvlüyə dəvət edəsiz?!…