İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei 12 noyabrda İranın Kermanşah əyalətində baş verən zəlzələdən zərər çəkmiş şəhərlərə baş çəkib.
Arannews-İslamazeri.com bu barədə İslaminSesi.info-ya istinadla xəbər verir.Qeyd edək ki, 12 noyabrda Kermanşahda baş verən 7.3 ballıq zəlzələdə 452 nəfər həlak olub və 7 min nəfər yaralanıb. Zəlzələ baş verən şəhər və kəndlərdə dəyən ümumi xəsarətin miqdarı 600-700 milyon dollar dəyərində təxmin edilir.