Səudiyyə Ərəbistanın kralının oğlu, müdafiə naziri və vəliəhd Məhəmməd bin Salman terror aktından xilas olub.
Arannews-İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Analitik Siyasi Araşdırmalar portalı katehon.com məlumar verib. Bildirilib ki, bu terrora cəhd aktı nəticəsində hakimiyyətin atadan oğlu ötürülməsi prosesi və bunun üçün nəzərdə tutulan mərasim təxirə düşüb.
Mənbə məlumat verib ki, terrora cəhdə görə Məhəmməd bin Salman yaxınları ilə də görüşmür.
Ətraflı məlumat vermyən mənbə bildirib ki, hadisə ölkə daxilində baş verib.
Qeyd edək ki, Səudiyyənin mərhum kralı Feysəl bin Əbdüləziz də öz qardaşı oğlu tərəfindən terror edilmişdi (1975).
Vəliəhd Məhəmməd bin Salman cari ayda ölkədə yeni həbs dalğasını həyata keçirdi. Korrupsiya ilə mübarizə kimi iddia edilən həbs dalğası fonunda 4 nazir, onlarla şahzadə, sabiq və hazırki rəsmilər saxlanıldı.
ABŞ-ın mötəbər mənbələri ötən həftə məlumat veriblər ki, kral Salman yaxın zamanlarda krallıq kürsüsünü oğlu Məhəmmədə verəcək.