Amerikanın "Time" jurnalı ilin 25 ən yaxşı ixtirası ilə bağlı siyahını açıqlayıb.
Arannews-Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki, jurnalın Top-2017 siyahısında İdman geyim və aksessuarları istehsalçısı olan məşhur “Nike” şirkətinin hicablı idman geyimi də yer alıb. Qeyd edək ki, “Nike” şirkəti idmanla məşğul olan müsəlman xanımlar üçün xüsusi baş örtükləri hazırlayıb.
Hicab yüngül, hava keçirən və sürüşməyən elastik materialdan hazırlanıb. O, qara, boz və obsidian olmaqla 3 rəngdə satışa buraxılacaq.
Xatırladaq ki, hicabın işlənilməsinə ötən il start verilib. Onun işlənib hazırlanmasında və sınaqdan keçirilməsində tanınmış idmançı hicablı xanımlar iştirak edib. Onların sırasında idmanın müxtəlif sahələrində “ilk hicablılar” olan Əmnə- Əl Həddəd, Sara Əttar, Ruqəyyə Əl-Ğəsra və digərlər var. Onlardan bəziləri artıq sosial şəbəkələrdəki səhifələrində “Nike”dan olan hicabları ilə fotolarını paylaşıblar.