Tarix : 2017 Nov 21
Kod 53475

İordaniya kralı Abdullah – İŞİD aysberqinin görünməyən tərəfi – Araşdırma

Kral Abdullah ibn Hüseyn Haşimi Bu o şəxsdir ki, əslində kral olmamalı idi. Lakin necə olursa, birdən-birə atası onu öz varisi elan edir, 6 ay sonra qəflətən ölür və bu, kral seçilir.
Ərəb ölkələri arasında ilk kral bu idi ki, Bəşər Əsədə qarşı çıxdı. Bu, o şəxs olacaq ki, çoxları bir müddət sonra ölkəsindəki anti-sələfi siyasətini nəzərə alaraq, Suriyadakı proseslərdə buna rəğbət qazandıracaq.
Amma üzdə görünməyən, misilsiz və zalım şəxslərdən biri də budur –  İordaniya kralı!
Kral Abdullah hələ uşaq yaşlarında idi. Atası Hüseyn Haşimi rəsmi şəkildə öz varisi kimi qardaşını elan edir və bu xəbərdən sonra balaca Abdullah təhsil almağa gedir. Kanada, İngiltərə, ABŞ-ın iri nüfuzlu universitetlərində oxuyub, təlimlər keçir. Hərbidə çox böyük nəticələr göstərir və tank batalyon komandirliyinə qədər yüksəlir. Zamanla isə xüsusi təyinatlı qüvvələrə marağı oyanır və bu məslədə də özünü inkişaf elətdirir. İordaniyaya qayıdanda öz ölkəsində bu qrupu formalaşdırır. 1999-cu ildə atası qəflətən Abdullahı varis elan edir. Həmin ildə babasının adını daşıyan Abdullah 2-ci kral olur. İndi mövzunu biraz da genişləndirmək istəyirəm. Məqsədim odur ki, qarşıdakı ildə bu Abdullah İŞİD terror qruplaşmasını məhv edəndə onu xilasedici adlandırmayasınız.
İordaniya hazırda sülhməramlı, qardaşlığa, barışığa dəvət edən ölkə rolunu oynayır. Ən qorxulusu da budur! İordaniya Suriya məsələsinə heç də yenicə qoşulmayıb. 2012-ci ildən bəri Kral Abdullah öz ölkəsində ABŞ Silahlı Qüvvələri üçün təlim yerləri hazırlayıb. Fransa hava hücümlarını məhz İordaniyadan həyata keçirir. Həmçinin, Belçika öz əsgərlərinə təlimi burada keçir.
Əsas üstünlük Amman şəhərindədir. ABŞ İordaniyaya ildə 1 milyard dollar yardım edir. Səbəb isə İordaniyanın qaçqınları qəbul etməsidir.
İordaniya aktivliyini necə daha da artıra bilər?
O, artıq buna zəmin yaradıb. Artıq 5 ildir ki, ölkədə çox cüzi nisbətdə terror aktları baş verir. Ən irimiqyaslı teraktda cəmi 1 nəfər ölmüşdü. Əlqərəz, cəmiyyətin bu məsələləri şişirtməsi nəticəsində artıq II Kral Abdullahın Suriya məsələlərində yer aldığını görürük. İordaniya kralı hakimiyyətə gəldiyi gündən bəri “Hizbullah” müqavimət hərəkatı, “Əl-Qaidə” və “Nusra Cəbhəsi” terror təşkilatlarını eyni məqsədə xidmət edən qruplar kimi qələmə verərək, hamısına qarşı olduğunu bildirib. Onun fikrincə, İslam yalnız gözəllik və mehribanlıq dinidir.
Kral Abdullah qeyd edir ki, o, hamıyla dostudur. Bunun necə olduğunu mən də bilmirəm. Biz anlamalıyıq ki, əslində İŞİD bir fiqurdur. Bu gün əllərinə silah veriblərsə, sabah alacaqlar. İordaniya qısa zamanda İŞİD terror təşkilatını məhv edəcək. Kral Abdullah bunu özü deyib. Maraqlı hadisələr isə bundan sonra başlayacaq.
Kral Abdullah və onun görüşləri
Bu mövzuhaqqında materialları oxuduqca daha da təəccüblənirəm. Qısaca bunu izah edim. Şərti olaraq masonluq iki qola ayrılır: Maltiymasonluq və Frankomasonluq.
Kimin hansı tərəfdə olduğu isə hamı üçün aydındır. Bunlar bir-birinin tərəfini tuturlar. Türkiyə ABŞ-la, Venesuela Rusiya ilə yaxındır. Yəni dünyada digər ölkələr seçim arasındadır. Ya Rusiya, ya da ABŞ-la münasibətləri, fikirləri, maraqları oxşar və yaxındır.
Kral Abdullahsa bu stereotipləri tamamilə məhv edən adamdır. Putinlə qardaş münasibətindədir. İraqa isə illərdir dəstək göstərir. İraqın “Sədr” hərəkatının rəhbəri Müqtəda Sədrlə görüşdə İraq hökumətinə hər cür dəstək göstərməyə hazır olduğunu deyir.
Yaxınlarda Qazaxıstanda Nazarbayevlə qardaşlıq görüşü keçirdi. ABŞ, Belçika və Fransa hərbçilərinə dəstəyini göstərir. Lakin Bəşər Əsədlə düşməndir.
Putinlə bu ilin əvvəlində görüşündə qeyd edir ki, Rusiya olmasa, bu məsələ həll ola bilməz, lakin ABŞ-la görüşündə daim qardaşlıqdan danışır və hərbi güclərin daim bir olmasını vurğulayır.
II Kral Abdullah İŞİD-i özünün ilk düşməni kimi görür. Lakin hər ikisinin sponsoru ABŞ-dır. Kral Abdullahın hər iki qola işləməyi inanılmaz göstəricidir. Qazaxıstan, Fələstin, İraq, Rusiya, ABŞ və digər ölkələrdə görüşləri təkcə bu ildə keçirib.
Təbii ki, bu, tərifəlayiq hal deyil. Sadə analiz belə bunu göstərir ki, münafiqliyin son həddi olmasa da pik yerlərdə qərar tutur. Maraqlısı budur ki, bu gedişlə II Kral Abdullahı xilaskar kimi görəcəklər və sonradan fəsadlar başladıqda gec olacaq.
Hədəf və məqsədlər
Nəzərə alaq ki İordaniya ordusunda ayrıca yer alan 14000 nəfərdən ibarət xüsusi təyyinatlı ordu var. Bu ordunun əsas fəaliyyəti 2006-cı ildən başlayıb və bu işin mütəxəssisi kimi II Kral Abdullah özü bu dəstəyə rəhbərlik edir.
Bu dəstə nəyə hazırlaşır? İndiyə kimi ən böyük fəaliyyətləri İordaniya ərazisində partlayış törədən “Əl-Qaidə” terror təşkilatının bir neçə üzvünü məhv etmək olub və naroktik qaçaqmalçılarına qarşı bir neçə uğurlu əməliyyatları var. Dəstənin əsas hədəf kimi isə ölkə ərazisinin sərhədləri göstərilir. Xüsusi təyinatlılara təlimlər ABŞ tərəfindən keçirilir. Fələstində əməliyyatlarda sınağlardan keçirilirlər, hətta su şəraitindəki hücümlarlada belə güclü sayılırlar.
İndi gələk İordaniyanın nələr edəcəyi haqda analizə. Proqmatika onu göstərir ki, yaxın aylarda İordaniya birbaşa Suriyaya girəcək və İŞİD-in son nəfəsini məhz II Kral Abdullah kəsəcək. Çox güman ki, II Kral Abdullah dünya xilaskarı kimi tanınacaq, necə ki indi bu prosesdə iştirak edən ölkələrin 90%-i belə hesab edir.
Bəs görəsən bu an İran harada olacaq? Necə olacaq ki, məhz İordaniya? Bunun cavabı çox çətindir, amma Səudiyyədəki məsələlərə bir az aydınlıq gətirir.
Məhəmməd ibn Salman Yəməndə törətdiyi hadisədən sonra, planlarını Livan üçün hazırlayıb. Halbuki özü də bilir ki, “Hizbullah” heç də Husilər kimi deyil, amma reallıq onu göstərir ki, məqsəd onları çökdürmək deyil. Ehtimal olunur ki, məqsəd “Hizbullah”-ı Suriyadan çəkmək və döyüş səhnəsini boş saxlamaqdır. Bu boşluğun kim tərəfindən doldurulacağı gözləniləndir. Növbəti addımda isə hədəfin İraq olacağı gözlənilir.
Şərqin sahibi ola biləcək, birləşdirə biləcək deyə 2 şəxsin adı qələmə verilir; Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman və II Kral Abdullah. Amma düşüncələrini, hərəkətlərini, dəstəklərini gördükdə bu nəticəyə gəlirik ki, Səudiyyə özünü hədəf kimi görməyə hazırlaşmalıdır. Çünki gedişat heç də yaxşı sonluqlar vəd etmir.
Əli Rəhimli 

 
  • Yazılıb
  • da (də) 2017 Nov 21
  • Göndərən مدير سايت Aran News